Messi "Barselona"ya qayıtmaq istədiyini Xaviyə deyib

  • 17:39 - 01 Aprel

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi İspaniya "Barselona"sına qayıtmaq istəyir.

Avropa.info "report"a istinadən bildirir ki, 36 yaşlı hücumçu bu arzusunu Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandesə çatdırıb.

O, ən qısa müddətdə yenidən keçmiş komandasının formasını geyinməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. Onun PSJ ilə cari mövsümün sonunadək müqaviləsi var.


Oxunma sayı: 11012

Oxşar yazılar