BMT Türkiyənin yardım kampaniyasına yenidən dəstək verməyə ÇAĞIRDI

  • 14:46 - 01 Aprel

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) fevral ayında baş verən dağıdıcı zəlzələlər fonunda Türkiyəyə təcili yardım çağırışını təkrarlayıb. 

Avropa.info xəbər verir ki, OCHA sözçüsü Jens Larke 9 milyon insanın təbii fəlakətdən zərər çəkdiyini, ən azı 3 milyon insanın evlərini itirdiyini xatırladıb. 

O, qeyd edib ki, OCHA Türkiyə Səhiyyə Nazirliyinə 4,6 milyon doza vaksin, 16 səyyar tibb mərkəzi, həmçinin reproduktiv terapiya və travma müalicəsi üçün dərman və digər tibbi ləvazimatlar bağışlayıb. 

Onun sözlərinə görə, bu günə qədər (31 mart) BMT-nin fevralın 16-da etdiyi 1 milyard dollarlıq təcili çağırış çərçivəsində 268 milyon dollar toplanıb. 

Larke əlavə edib ki, ilk beş donor ABŞ, Küveyt, Avropa Komissiyası, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Fövqəladə Hallara Cavab Fondu (CERF) və Səudiyyə Ərəbistanı olub. 

Larke Anadolunun BMT-nin Türkiyəyə gələcək yardımı ilə bağlı sualını belə şərh edib: “İndi humanitar təcili vəziyyət adlandırdığımız mərhələdəyik. Təsirə məruz qalanların nəyə ehtiyacı olduğunu və onlara necə dəstək ola biləcəyimizi müəyyən etməyə çalışırıq. Bunun üçün üç ayımız var. Biz bu layihələri həyata keçirəcəyik, amma belə layihələr davam edəcək. Buna görə də mən hələ də Türkiyəyə kömək etmək üçün başlatdığımız fövqəladə kampaniyanı dəstəkləməyə çağırıram”.


Oxunma sayı: 2872

Oxşar yazılar