İran casus şəbəkəsinə qarşı əməliyyat davam edir: “Ustad ruhani” saxlanıldı

  • 10:44 - 31 Mart

Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Avropa.info lent.az-a istinadən xəbər verir ki, İranın molla rejiminə xidmət edən daha bir nəfər saxlanılıb. 

Onların arasında şəbəkə üzvlərinin "ustad ruhani" kimi təqdim etdiyi, Neftçala rayonundan olan Siyasət Bağırov da var.

S.Bağırov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

Qeyd edək ki, dünən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində üç iranpərəst dindar saxlanılıb. 

Onlar - Şeyx İmran Ələsgərov, Alik Aslanov və Nicat Ağayevdir.


Oxunma sayı: 3477

Oxşar yazılar