ABŞ-a qarşı məhkəmə iddiası qaldırmışdılar - İranla bağlı beynəlxalq məhməkənin qərarı AÇIQLANDI

  • 17:34 - 31 Mart

Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Tehran administrasiyasının ABŞ-a qarşı İran Mərkəzi Bankına məxsus aktivlərin dondurulması ilə bağlı qaldırdığı iddiada qərarını açıqlayıb. 

Avropa.info xəbər verir ki, BMT-nin məhkəmə orqanı ICJ-nin qərarında İranın ABŞ-a qarşı açılan "Bəzi İran Aktivləri" iddiasında İran Mərkəzi Bankına aid dondurulmuş 2 milyard dollarlıq aktivlərinin sərbəst buraxılması tələbi rədd edilib. 

ABŞ-ın Məhkəmənin yurisdiksiyası ilə bağlı etdiyi etirazın qəbul edildiyi bildirilən qərarda iki ölkə arasında 1955-ci ildə imzalanmış “Dostluq, İqtisadi Əlaqələr və Konsulluq Hüququ” müqaviləsinin əsası olduğu qərara alınıb. 

Digər tərəfdən qərarda ABŞ-ın Mərkəzi Bankdan başqa İran vətəndaşlarına və Tehran rəhbərliyinə məxsus bəzi varlıqların dondurulmasının sözügedən dostluq müqaviləsini pozduğu əsas götürülərək İrana təzminat ödəməli olduğu bildirilib. 

Qərarda tərəflərdən təzminat məbləğini öz aralarında müzakirə etmələri istənilsə də, 24 ay ərzində təzminat məbləği ilə bağlı kompromis əldə olunmazsa, Məhkəmənin məsələyə yenidən baxacağı bildirilib. 

ABŞ 1983-cü ilin oktyabrında Livandakı ABŞ hərbi bazasına edilən bombalı hücuma zamanı 241 ABŞ dəniz piyadasının həyatını itirdiyinə görə İranın məsuliyyət daşıdığını iddia edərək, dondurulmuş aktivlərin yaxınlarına təzminat olaraq ödəniləcəyini əsas gətirərək İran Mərkəzi Bankının aktivlərini dondurub. 


Oxunma sayı: 3114

Oxşar yazılar