Zelenskiyə çıxışı zamanı ŞOK: Nəyə uğradığını anlamadı - FOTO

  • 16:37 - 31 Mart

Ukrayna prezidenti Vladimir Zelenski müharibənin 400-cü günündə Avstriya Milli Assambleyasının xüsusi iclasında videokonfrans vasitəsilə çıxış edib. 

Avropa.info xəbər verir ki, Zelenski danışmağa başlayanda ifrat sağçı Avstriya Azadlıq Partiyasının (FPO) deputatları ayağa qalxaraq zalı tərk ediblər. 

Zalı tərk edən deputatlar masalarının üzərində “bitərəflik məkanı” və “sülh məkanı” sözləri yazılmış plakatlar qoyublar. 

FPO deputatları Zelenskinin müraciətinin Avstriyanın neytral mövqeyini sarsıtdığını bildiriblər. 

Zelenski isə yanvar ayında baş verən vertolyot qəzasında bədənlərində yanıqlar olan ukraynalıların Vyana, Linz və Qrazdakı xəstəxanalarda müalicə aldığını xatırladıb və Avstriyaya təşəkkür edib. 

Digər tərəfdən, FPO daha əvvəl Zelenskinin çıxışına etiraz edəcəklərini açıqlamışdı. FPO lideri Herbert Kickl dünən verdiyi açıqlamada, "Təəssüf ki, FPO parlamentdə daimi bitərəfliyimizə ciddi yanaşan və buna görə də sülhü müdafiə edən yeganə partiyadır" deyib.

Foto - Zelenskiy'e konuşma yapacağı sırada şok! Neye uğradığını şaşırdı

Oxunma sayı: 3356

Oxşar yazılar