
Finlandiyanın NATO-ya üzvlüyü üçün Türkiyə Böyük Millət Məclisindən QƏRAR
- 01:39 - 31 Mart
Finlandiyanın NATO-ya üzv olmaq təklifi Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilib.
Avropa.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Protokolun təsdiq edilməsi təklifi müzakirə edilib.
Millət vəkillərinin səsverməsinə çıxarılan təklif qəbul edilib.
Bununla da ölkənin NATO-ya üzv olması üçün Parlamentdə atılan addım tamamlanıb.
Türkiyənin də razılığı ilə üzvlük mümkün olacaq.
TBMM-də qəbul edilən mətn təsdiq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndəriləcək.