Cənubi Kiprdə Türkiyə bayrağına SAYĞISIZLIQ

  • 14:46 - 31 Mart

Cənubi Kiprdə keçirilən velosiped yarışlarına görə iştirakçı ölkələrin bayraqları arasında yer alan Türkiyə bayrağı endirilib. Başda  baş verən hadisədən sonra açıqlama verən Baf bələdiyyə sədri bayrağın bir daha asılmayacağını bildirib. 

Avropa.info xəbər verir ki, Cənubi Kiprdə keçirilən “Granfondo” dünya velosiped turnirində Türkiyədən iştirakçı olduğuna görə Bafın mərkəzi meydanında digər iştirakçı ölkələrin bayraqları ilə birlikdə Türkiyə bayrağının da asıldığı, lakin yarışdan sonra bayrağın endirildiyi bildirilib. Bu sayğısızlıq haqlı etirazlara səbəb olub. 

Yunanıstanın "Fileleftheros" qəzeti Bafda bu gün başlayacaq və 2 aprelə qədər davam edəcək "Granfondo" velosiped yarışlarına Türkiyə də daxil olmaqla 39 ölkənin bayraqlarının Baf meydanında qaldırıldığını, ancaq sonradan Türkiyə bayrağının endirildiyini yazıb. 

İdman Təşkilatının (KOA) və idman tədbirinin təşkilatçısının Bafın mərkəzi meydanında tədbirdə iştirak edən 39 ölkənin bayraqlarının asılmasına qərar verdiyini və Baf bələdiyyəsinin rəsmilərinin Türkiyə bayrağı da daxil olmaqla bütün bayraqları qaldırdıqlarını bildirib. Qəzet yazır ki, Türkiyə bayrağı asıldıqdan bir neçə dəqiqə sonra reaksiyaların gəlməyə başlayıb, zabitlərdən biri şəxsi təşəbbüsü ilə KOA-ya zəng edərək “nə etməli” olduqlarını bildirib. 

Qeyd edək ki, "Gran Fondo" həvəskar velosipedçilər üçün açıq olan uzun məsafəli velosiped yarışlarına verilən addır. 

Adı “məsafəli yarışlar” mənasını verən “Gare di fondo” ifadəsindən gələn bu yarışlar iştirakçıların yaşı və səviyyəsinə görə, daha çox eyni yolda, lakin fərqli məsafə və çətinlik səviyyələrində təşkil edilir. Müxtəlif məsafələrdə keçirilən yarışlar “Qran Fondo”, “Mezzo Fondo” və “Fondo” adlanır. Onların arasında ən uzun məsafəli kurs üçün “GranFondo” istifadə olunur. Onilliklər ərzində Avropada böyük populyarlıq qazanan “GranFondo” velosiped yarışları digər qitələrə də yayılaraq böyük marağa səbəb olub. Prosecco Cycling Classic, Novi Colli və Felice Gimondi yarışları idman hadisəsi, mədəni təcrübə və ya sosial məsuliyyət hərəkatı kimi velosiped idmanı kütlələrini bir araya gətirən Gran Fondoes-un ən məşhurları arasındadır.


Oxunma sayı: 2971

Oxşar yazılar