Lavrov apreldə Türkiyəyə səfər edəcək

  • 13:44 - 31 Mart

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə aprelin 6-7-də Türkiyəyə səfər edəcək. 

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Lavrov və Çavuşoğlu ticarət, enerji və turizm sahələrində ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə edəcəklər. Nazirlər Ukrayna, Suriya, Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələri və Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. 

Bundan əlavə, danışıqlar zamanı xarici işlər nazirləri müxtəlif səviyyələrdə ikitərəfli təmasların qrafikini razılaşdıracaqlar.


Oxunma sayı: 2663

Oxşar yazılar