Fransa dekabrda Litvaya qoşun göndərəcək

  • 13:19 - 31 Mart

Fransanın xarici işlər naziri Ketrin Kolonna NATO-nun şərq cinahını gücləndirmək üçün bu ilin dekabrında Litvaya hərbi kontingentin göndəriləcəyini elan edib. 

Avropa.info xəbər verir ki, fransalı nazir bu barədə Litvaya səfəri zamanı bildirib və burada Litvanın baş naziri İnqrida Simonyte və xarici işlər naziri Qabrielius Landsberqislə görüşməyi planlaşdırır. 

Diplomatın sözlərinə görə, danışıqların əsas mövzusu strateji münasibətlər və Avropa olacaq. 

Bundan əlavə, Kolonna NATO-nun Baltikyanı ölkələrin hava məkanında patrulluq edən Fransa hərbçiləri və “Rafale” qırıcılarının missiyasını başa vurduğu Şaulyai aviabazasına baş çəkməyi planlaşdırdığını bildirib. 

Onun sözlərinə görə, iyulda Vilnüsdə NATO-nun sammiti keçiriləcək. 

Nazir vurğulayıb ki, Fransa Litva ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə qərarlıdır.


Oxunma sayı: 2817

Oxşar yazılar