İsraildən Tehran rejiminə İTTİHAM: "İran Afinada yəhudi icmalarına qarşı hücuma hazırlaşır"

  • 11:03 - 31 Mart

İran Afinada əsasən yəhudi icmalarının ziyarət etdiyi restoran və sinaqoqa hücumun planlaşdırılmasında əli olması ilə bağlı iddiaları rədd edib. 

Avropa.info xəbər verir ki, bu barədə İranın Afinadakı səfirliyi Twitter səhifəsində yazıb. “Tehran sionist mənbələrin İrana qarşı yaydığı şayiələri və əsassız ittihamları qəti şəkildə rədd edir”, - deyə səfirlik qeyd edib. 

Eyni zamanda, İranın diplomatik missiyası İsraildə hökumət əleyhinə kütləvi etirazlara diqqət çəkib. Məlumatda deyilir: "Uydurma ssenariləri ilə onlar ictimaiyyətin diqqətini daxil olduqları daxili böhrandan yayındırmağa çalışırlar". 

Martın 28-də Yunanıstanın vətəndaşların müdafiəsi naziri Takis Teodorikakos terror aktı hazırlamaqda şübhəli bilinən iki İran əsilli pakistanlının həbs edildiyini açıqlayıb. Pakistanlılar Yunanıstanın Milli Kəşfiyyat Xidməti və antiterror bölməsinin işi nəticəsində saxlanılıb. 

Bu arada İsrail İranı hücumu planlaşdırmaqda ittiham edib və hücumun Mossadın dəstəyi ilə qarşısının alındığı iddia edilib.


Oxunma sayı: 3059

Oxşar yazılar