Rəsmi iqamətgahda ilk iş günü: Şotlandiyanın yeni baş naziri namaz qıldırdı - FOTO

  • 14:17 - 30 Mart

Şotlandiyanın yeni baş naziri seçilən Həmzə Yusuf Baş nazirin rəsmi iqamətgahı olan "Bute House"da ilk günündə ailəsinə imamlıq edərək namaz qılarkən çəkilmiş fotosunu paylaşıb. 

Avropa.info xəbər verir ki, Yusuf fotonu "Tvitter" hesabında paylaşıb.

Yusuf başqa bir yazısında İngiltərə baş naziri Rishi Sunak ilə görüşdüyünü və "Şotlandiya xalqının və parlamentinin demokratik istəklərinə İngiltərə hökuməti tərəfindən hörmət edilməsi lazım olduğunu açıq şəkildə bildirdim" qeyd edib. 

Martın 28-də Şotlandiya parlamentində keçirilən iclasda baş nazir seçilən Yusif ölkənin ilk müsəlman baş naziri olmaqla yanaşı, həm də ölkənin ən gənc millət vəkili və ilk müsəlman naziri ünvanlarına sahib olub. 

Verilən səslərin 52 faizinə uyğun gələn 26 min 32 səslə baş nazir Nikola Sturgeonun istefası ilə boşaldılan Şotlandiya Milli Partiyasının (SNP) liderliyinə seçilən 37 yaşlı Yusif fevral kampaniyası zamanı rəqibləri eynicinsli nikahlara və abort hüququna qarşı olduğunu bəyan edib. 

Pakistan əsilli Yusuf da nəticələrindən sonra verdiyi açıqlamada Şotlandiyaya müstəqillik gətirməkdə qərarlı olduğunu bildirib.


Oxunma sayı: 3411

Oxşar yazılar