Almaniyanın xarici işlər nazirindən diqqət çəkən AÇIQLAMA: "Bu enerji mənbəyinə milli təhlükəsizlik məsələsi kimi baxılmalıdır"

  • 13:18 - 30 Mart

Almaniyanın xarici işlər naziri Annalena Baerbok almanların evlərini qızdırmaq üçün istifadə etdikləri enerji mənbəyinə milli təhlükəsizlik məsələsi kimi baxılmalı olduğunu bildirib. 

Avropa.info xəbər verir ki, Baerbok Berlin Enerji Keçid Konfransındakı çıxışında iqlimin qorunması üçün qalıq yanacaqlarla qlobal vidalaşmanın sürətləndirilməli olduğunu və böyük sənayeləşmiş ölkələrin bunda xüsusi məsuliyyət daşıdığını bildirib. 

Almanların evlərini qızdırmaq üçün istifadə etdikləri enerji qaynağının milli təhlükəsizlik məsələsi olaraq görülməsi lazım olduğunu ifadə edən Baerbok, Almaniyada qalıq yanacaqlardan istilik nasosları kimi daha yaşıl texnologiyalara keçidin sürətləndirilməsi lazım olduğunu ifadə edib. 

Baerbok Almaniya hökuməti daxilində enerji keçidinin "mübahisəli" olduğunu etiraf edərək, evlərdə istilik sistemlərinin ölkənin gələcək təhlükəsizlik strukturunun bir hissəsi olması lazım olduğunu vurğulayıb. 

Keniya prezidenti Uilyam Ruto bəyan edib ki, iqlim böhranı planet üçün ekzistensial təhlükə yaradır və təcili tədbirlər görülməsə, dünya geri dönməz məhv olmaq ərəfəsindədir. 

Almaniya mövcud istilik sistemlərinin demək olar ki, yarısı təbii qazdan istifadə etdiyi halda, xarici işlər naziri Baerbokun üzvü olduğu Yaşıllar partiyası gələn ildən neft və qaz isitmə sistemlərinin quraşdırılmasını effektiv şəkildə qadağan edən sərt qaydaları müdafiə edir. Yaşıllar partiyası hesab edir ki, bu cür istilik sistemləri ətraf mühiti çirkləndirir və Almaniyanın enerji idxalını artırır.


Oxunma sayı: 3026

Oxşar yazılar