MAQATE rəhbəri: "Zaporoje AES-i istənilən hücumdan qorumaq üçün..."

  • 12:47 - 30 Mart

Zaporojye AES ətrafında vəziyyət yaxşılaşmır, burada hərbi əməliyyatlar güclənir. 

Avropa.info xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi stansiya ilə tanışlıqdan sonra keçirdiyi mətbuat konfransında bildirib. 

“Aydındır ki, vəziyyət yaxşılaşmır, əksinə, bu ərazi ətrafında hərbi əməliyyatlar intensivləşir", - deyə o qeyd edib. 

MAQATE rəhbəri bildirib ki, Zaporoje AES-i istənilən hücumdan qorumaq üçün bütün mümkün tədbirlər görülməlidir. 

Onun sözlərinə görə, MAQATE Zaporoje AES-in təhlükəsizliyi üçün bütün tərəflərin razılaşdıra biləcəyi real tədbirlər hazırlamağa çalışır. 

Qrossi bildirib ki, MAQATE Zaporojye AES-in ətrafının deyil, özünün mühafizəsi ilə bağlı konsepsiya hazırlayır. “MAQATE Zaporojjya AES-i üçün bütün tərəflərin razılaşdıra biləcəyi real təhlükəsizlik tədbirləri hazırlamağa çalışır”, - o deyib. 

Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. 

Çərşənbə günü Qrossinin altı ayda stansiyaya ikinci səfəri baş tutur.


Oxunma sayı: 3510

Oxşar yazılar