Şotlandiyanın ilk müsəlman baş naziri rəsmən vəzifəsinin icrasına BAŞLADI

  • 10:42 - 30 Mart

Şotlandiyanın yeni baş naziri seçilən Şotlandiya Milli Partiyasının lideri Həmzə Yusuf rəsmən vəzifəsinin icrasına başlayıb. 

Avropa.info xəbər verir ki, andiçmə mərasimi Edinburqdakı Şotlandiyanın Ali Məhkəməsində baş tutub. Yusuf baş hakimin və böyük hakimlərin hüzurunda öz kabinetinə və krala sədaqət andı içib. 

37 yaşlı Həmzə Yusuf Şotlandiyada belə yüksək vəzifə tutan ilk Pakistan əsilli müsəlman olub. 

Yeni baş nazirin bu gün Nazirlər Kabinetini açıqlaması gözlənilir. 

Şotlandiya Milli Partiyasının rəhbəri Həmzə Yusuf Şotlandiya parlamentində keçirilən səsvermə nəticəsində rəsmi olaraq Şotlandiyanın birinci naziri seçilib. 

Yusifin namizədliyi Şotlandiya parlamentinin əksəriyyəti tərəfindən dəstəklənib. 

Fevralın 15-də Nikola Sturgeon istefa verdiyini açıqlayıb. O, səkkiz il Şotlandiyanın birinci naziri vəzifəsində çalışıb.


Oxunma sayı: 2531

Oxşar yazılar