Türkiyə ordusu fəlakətin nəticələrinin aradan qaldırılmasına mümkün töhfə verir

  • 09:43 - 30 Mart

Türkiyə hərbçiləri fevral ayında episentri Kahramanmaraş olan dağıdıcı zəlzələlərdən zərər çəkən Qaziantep vilayətinin İslahiyyə mahalı sakinlərinin ehtiyaclarını qarşılamağa davam edir. 

Avropa.info xəbər verir ki, 5-ci zirehli briqadanın komandanlığı zəlzələdən zərər çəkmiş Aydın, Altınyüzüm və Fevzipaşa ərazilərində səyyar yeməkxana, camaşırxana, bərbər və duş kabinələri quraşdırıb. 

Bütün quraşdırılmış obyektlər 24 saat işləyir. Minlərlə zəlzələ qurbanının ehtiyacları 19 hərbi qulluqçu tərəfindən ödənilir. 

Yeməkxana gündəlik olaraq 4000 zəlzələ qurbanına səhər yeməyi və gündə iki dəfə isti yemək verir. Əsgərlər vaxtaşırı uşaqlarla müxtəlif oyunlar oynayırlar. 

Aydın rayon sakinlərindən İbrahim Karakaya "Anadolu" agentliyinin əməkdaşı  ilə söhbətində zəlzələ nəticəsində dünyasını dəyişən 27 yaxınının itkisindən çox kədərləndiyini bildirib. 

Onun dediyinə görə, evi dağılıb və o, ailəsi ilə birlikdə çadırda yaşayır. "Allaha şükürlər olsun! Türkiyə ordusu bizim bütün ehtiyaclarımızı ödəyir. Ordu hər zaman bizimlədir. Biz dəhşətli bir fəlakət yaşadıq. Dövlətimizə şükürlər olsun, hər zaman bizimlədir”, - Karakaya deyir. 

Bölgənin digər sakini Ramazan Kaya bildirib ki, hərbçilər kütləvi fəlakətdən sonra ilk gündən zəlzələdən zərərçəkənlərə dəstək olublar. 

“Yuyucu vasitələrdən tutmuş yeməyə qədər bütün ehtiyaclarımız ödənildi. Hərbçilər təkcə müharibədə vuruşmur, həm də təbii fəlakətlər zamanı dəstək verir. Zəlzələnin ilk günündən hərbçilər bizimlədir. Əsgərlərimiz yanımızda olanda özümüzü təhlükəsiz hiss edirik. Türk Silahlı Qüvvələri güvən deməkdir”, - Kaya deyir.


Oxunma sayı: 2454

Oxşar yazılar