"Qalatasaray" "Qarabağ"la oyun üçün Bakıya gəlib - VİDEO

  • 10:00 - 26 Mart

Xeyriyyə oyununda "Qarabağ"ın qonağı olacaq Türkiyə "Qalatasaray"ı Bakıya gəlib.

İstanbul təmsilçisini daşıyan təyyarə təqribən 1 saat əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Oxunma sayı: 8779

Oxşar yazılar