Evdən 10 min dollar, 12 min manatlıq qızıl oğurlandı

  • 23:16 - 24 Mart

Sabirabadda bir ay əvvəl evdən oğurluq edən şəxs tutulub.

DİN-dən Avropa.info-ya verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılan “Toyota” markalı avtomobildə sərnişin olan Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib. M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.


Oxunma sayı: 5457

Oxşar yazılar