Türkiyənin ölkəmizdəki səfiri 100 milyon dollarlıq ianəyə görə Azərbaycana təşəkkür etdi - FOTO

  • 11:05 - 21 Mart

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycana təşəkkür edib.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə səfiri “Tvitter” hesabında yazıb.

“Ölkəmizdə və Suriyada baş verən güclü zəlzələlərdən sonra Avropa İttifaqı Komissiyasının təşkil etdiyi Beynəlxalq Donorlar Konfransında yaşayış evlərinin, ictimai və təhsil binalarının tikintisi üçün 100 milyon dollar ianə göndərən Azərbaycana təşəkkür edirəm”, - deyə səfir qeyd edib.

O, həmçinin bütün yardım göstərən ölkələrə təşəkkürünü bildirib.


Oxunma sayı: 3818

Oxşar yazılar