Rusiyanın Ukraynadakı itkiləri açıqlandı - 160 mindən yuxarı canlı qüvvə...

  • 21:33 - 20 Mart

Rusiya Ukrayna ilə apardığı müharibədə ağır itkilər verməkdə davam edir. Lakin bununla belə, müharibənin hələ yaxın zamanda başa çatacağı, rusların geri çəkiləcəyi proqnozlaşdırılmır.

Avropa.info musavat.com-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusların artıq 165 min 610 nəfər itki verdiyini açıqlayıb.  Qərargah bildirib ki, son suktada Rusiya 700-dən yuxarı hərbçi itirib. 

Məlumat üçün onu da bildirək ki, rusların indiyədək müharibədə  3 537 tank, 6 869 zirehli maşın, 2 160 operativ-taktiki PUA, 507 reaktiv yaylım atəşi sistemi, 2 577 artilleriya sistemi, 270 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 5 415 avtomobil və tanker, 265 xüsusi texnika, 907 qanadlı raket itirdiyi bildirilir.


Oxunma sayı: 3235

Oxşar yazılar