Bazarda dollar təklifi artacaq - SƏBƏB

  • 18:37 - 20 Mart

Böyük Britaniya, Aİ, Kanada, İsveçrə, Yaponiya və ABŞ Federal Sisteminin mərkəzi bankları maliyyə böhranı şəraitində bazarda dollar vəsaitlərinin təklifini artırmaq üçün əlaqələndirilmiş tədbirlər haqqında razılığa gəliblər.

Avropa.info Trend-ə istinadən bildirir ki, bu barədə tənzimləyicilərin bazar ertəsi yaydığı birgə məlumatda deyilir.

İlk dəfə olaraq Yaponiya və digər ölkələrin mərkəzi bankları 2008-ci ildə baş verən maliyyə böhranı zamanı əsas valyuta olan dolların təklifini koordinasiya ediblər.

Koronavirus pandemiyasının başlamasından dərhal sonra 2020-ci ilin mart ayında dollar fondu təkliflərini genişləndirmək üçün oxşar addımlar atılıb.


Oxunma sayı: 8240

Oxşar yazılar