Kolumbiyanın qərbində hərbi helikopter qəzaya uğradı - 4 hərbçi öldü

  • 14:32 - 20 Mart

Kolumbiyanın qərbində Çoko departamentində hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub. 

Avropa.info xəbər verir ki, Kolumbiya ordusunun məlumatına görə, quyruq nömrəsi EJC 4227 olan hərbi helikopter Quibdo şəhəri yaxınlığındakı meşəlik əraziyə düşüb. 

Qəza nəticəsində ölənlər iki zabit və iki mütəxəssisdir. 

Kolumbiya prezidenti Qustavo Petro qəzada həlak olan hərbçilərin ailələrinə başsağlığı verib. 

“Təəssüf ki, sağ qalan yoxdur. Mən rəsmilərə dərhal hadisə yerinə getməyi tapşırdım”, - deyə dövlət başçısı bildirib. 

Kolumbiya mətbuatı helikopterin qəzaya uğramasının səbəbinin mexaniki nasazlıq olduğunu yazır. 

Sosial şəbəkələrdə vertolyotun qəzaya uğraması anının şahidlərin çəkdiyi video yayılıb.


Oxunma sayı: 3411

Oxşar yazılar