
Türkiyədəki zəlzələdə ölənlərin sayı 50 minə ÇATIR
- 23:52 - 18 Mart
Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.
O qeyd edib ki, zəlzələ nəticəsində 6 807-si xarici vətəndaş olmaqla 49 min 589 nəfər həyatını itirib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.