![](/ckfinder/userfiles/images/kriminal/sosial/%C3%A7anaqqala%20az%C9%99rbaycan%20abid%C9%99%2016370ebb.jpg)
Çanaqqalada Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılan abidənin AÇILIŞI OLDU
- 23:17 - 18 Mart
Çanaqqalada 1915-ci il döyüşlərində həlak olan Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılan “Azərbaycan abidəsi”nin açılışı olub.
Avropa.info-nun məlumatına görə, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qeyd edib ki, Azərbaycan əsgərlərinin xatirəsinə abidənin açılışının dərin mənası var:
“100 il əvvəl Azərbaycan, Krım, Orta Asiya türkləri, Osmanlı türkləri çiyin-çiyinə vuruşaraq bu torpağın müdafiəsində şəhid olublar. Bu, bizim şanlı tariximizin bir hissəsidir”.
Səfir müasir Azərbaycan Respublikasının əsasının Çanaqqalada qoyulduğunu vurğulayıb.