Putin Azərbaycanla bağlı sənədi TƏSDİQLƏDİ

  • 16:40 - 18 Mart

Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlığı nəzərdə tutan sazişin ratifikasiya edilməsini təsdiqləyib.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, sənəd Rusiyanın rəsmi sənədlər internet portalında dərc olunub.

Müqavilə 2022-ci il aprelin 26-da Bakıda imzalanıb. Tərəflər Rusiya və Azərbaycanın ərazilərində əldə edilmiş pensiya hüquqlarının sığorta təminatının təmin edilməsinə görə maliyyə məsuliyyətinin bölüşdürülməsi barədə razılığa gəliblər.

Sənəd bütün sığorta və sosial pensiya növlərinə şamil edilir.


Oxunma sayı: 2872

Oxşar yazılar