
Latviyada prezident seçkilərinin vaxtı müəyyənləşdi
- 14:16 - 17 Mart
Cümə axşamı Latviya Seyminin Rəyasət Heyəti və fraksiyalar şurası prezident seçkilərinin vaxtı ilə bağlı razılığa gəlib.
Avropa.info xəbər verir ki, bu barədə LSM məlumat yayıb.
Seymdə Latviya Respublikası Prezidentinin seçkiləri mayın 31-nə təyin edilib.
Latviyada prezident parlament tərəfindən seçilir.
Qanuna görə, prezidentliyə namizədlərin rəsmi ərizələrinin verilməsi üçün mayın birinci yarısına bir həftədən az vaxt ayrılıb.
Hazırkı prezident Egils Levits bu vəzifəyə yenidən namizəd olub-olmayacağını hələ açıqlamayıb. O, əvvəllər demişdi ki, siyasətçilər onun prezidentliyə namizədliyi barədə düşünməlidirlər.
Xəbər verdiyimiz kimi, Levits martın əvvəlində Lvova səfər edib.