"Amerikalılar tamamilə hədlərini aşıblar" - Medvedyev ABŞ PUA-sından danışdı

  • 15:30 - 17 Mart

"Beynəlxalq hüquq, daxili qanunlar kimi, dron uçuşlarını heç bir şəkildə tənzimləmir. Qaydalar yenicə ortaya çıxır. Bununla belə, amerikalılar hərbi yoxlamalara icazə verən "Açıq səma müqaviləsi"nə əməl etməyi dayandırıbılar."

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev öz TG kanalında yazıb. O əlavə edib ki, hava məcəlləsində “yasaq zonalar” və “məhdud zonalar” anlayışları var. Onların əsasında hökumətlər müxtəlif növ xarici təyyarələrin uçuşlarını məhdudlaşdırır.

"Bu qaydalara pilotsuz təyyarələr də riayət etməlidir. Xüsusilə, hərbi əməliyyatlar dövründə. Bu, bütün hava məkanı istifadəçilərinə yaxşı məlumdur. Üstəlik, bir dronun daxili sulara girdiyi anı qeydə almaq çox vaxt çətin olur", - Medvedyev yazıb.

Keçmiş prezident Rusiyanın suverenliyinin Qara dənizə qədər uzandığını bir daha vurğulayıb: “Ümumiyyətlə, sadə dillə desək, amerikalılar tamamilə hədlərini aşıblar. Onların nazıyla oynamaq düzgün deyil".

Eyni zamanda, Təhlükəsizlik Şurasının sədr müavini Rusiya təyyarələrinin vurulmasının zəruriliyi ilə bağlı bəyanatlar fonunda hərbi təmasların vacibliyini qeyd edib.\\musavat.com


Oxunma sayı: 2949

Oxşar yazılar