Çin prezidentinin Rusiyaya səfərinin vaxtı AÇIQLANDI

  • 12:23 - 17 Mart

Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə martın 20-22-də Rusiyaya dövlət səfəri edəcək. 

Avropa.info xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. 

"Danışıqlar zamanı Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlıq münasibətlərinin və strateji qarşılıqlı fəaliyyətin gələcək inkişafının aktual məsələləri müzakirə olunacaq", - məlumatda deyilir. 

Mətbuat xidmətinin məlumatına görə, beynəlxalq arenada Rusiya-Çin əməkdaşlığının dərinləşdirilməsi kontekstində də fikir mübadiləsi nəzərdə tutulub. 

Kremlin mətbuat xidməti xəbər verir ki, bir sıra mühüm ikitərəfli sənədlər imzalanacaq.


Oxunma sayı: 1354

Oxşar yazılar