Türkiyənin Şanlıurfa şəhərində sel fəlakəti: 13 nəfər ölüb

  • 23:19 - 15 Mart

Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətində baş verən sel 13 nəfərin həyatına son qoyub. 

Avropa.info xəbər verir ki, martın 14-də Şanlıurfaya leysan yağışları yağıb. Sel əyalətinin inzibati mərkəzinin bir sıra küçə və prospektlərini su basıb. 

Əyalət yanğınsöndürmə xidmətinin məlumatına görə, Veysəl Qarani məhəlləsindəki binanın zirzəmisində Suriya əsilli 5 nəfərin cəsədi tapılıb. 

Bununla da Şanlıurfada təbii fəlakət qurbanlarının sayı 13-ə yüksəlib. 

Şiddətli yağışlar nəticəsində blokadaya düşən şəhər sakinlərinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.


Oxunma sayı: 2399

Oxşar yazılar