Kritik NATO müzakirələri: Finlandiya prezidenti Türkiyəyə gəlir

  • 12:45 - 15 Mart

Finlandiya prezidenti Sauli Niinistö Türkiyəyə iki günlük işgüzar səfər edəcək. 

Avropa.info-nun məlumatına görə, Türkiyə Prezident Administrasiyasının Əlaqələr Ofisindən bildirilib ki, finlandiyalı siyasətçinin prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə təşkil olunan səfəri martın 16-17-nə planlaşdırılıb. 

Martın 17-də İstanbulda keçiriləcək sammit danışıqlarında Türkiyə-Finlandiya münasibətlərinin geniş spektri üzrə fikir mübadiləsi aparılacaq. 

İki ölkə liderləri Alyansın Madriddə keçirilən sonuncu zirvə toplantısı çərçivəsində Türkiyə, Finlandiya və İsveçin imzaladığı Üçtərəfli Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi fonunda Helsinkinin NATO-ya üzv olmaq istəyi mövzusunu da müzakirə edəcəklər. 

Bundan əlavə, prezidentlər regional və qlobal proseslərə, həmçinin Ankara ilə Aİ arasında münasibətlərə toxunacaqlar.


Oxunma sayı: 2916

Oxşar yazılar