Avtobusdakı əlbəyaxa dava ilə bağlı cinayət işi açıldı

  • 17:53 - 15 Mart

Avtobusda sərnişinlər arasında düşən dava ilə bağlı cinayət işi açılıb.

Bunu Avropa.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

“Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü A.Talıblı barədə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”, - deyə DİN rəsmisi əlavə edib.


Oxunma sayı: 2828

Oxşar yazılar