Binəli Yıldırımın anası vəfat edib

  • 12:02 - 15 Mart

Türkiyənin hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Binəli Yıldırımın anası Fahriye Yıldırım 84 yaşında dünyasını dəyişib. 

Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, xroniki xəstəliklərdən İstanbulda müalicə alan Fahriye Yıldırım bu gün dünyasını dəyişib. 

Fahriye Yıldırımın cənazəsi Çekmeköy Günyamaç Alpkaya məscidində qılınacaq cənazə namazından sonra dəfn ediləcək. 

AK Partiya sözçüsü Ömər Çelik Binəli Yıldırıma anasının vəfatı ilə bağlı partiya adından başsağlığı mesajı verib. 


Oxunma sayı: 2542

Oxşar yazılar