Səudiyyə Ərəbistanından neft bazarını sarsıdan AÇIQLAMA

  • 10:40 - 15 Mart

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman ölkəsinin neft ixracına yüksək qiymət həddi tətbiq edəcəklərini və hasilatı azaldacaqlarını bildirib. 

Avropa.info bildirir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, energetika naziri Bin Salman "Energy İntellengence" saytına açıqlama verib. 

Ölkəsinin neft hasilatını azaldacağını deyən Bin Salman, "Başqa ölkələr də belə etsə, təəccüblənmərəm", deyib. 

Bin Selman "NOPEC" qanun layihəsi ilə tavan qiymət tətbiqinin genişləndirilməsi arasında böyük fərq olduğunu bildirərək, "bunun neft bazarına potensial təsirlərinin oxşar olduğunu" qeyd edib. 

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman ölkəsinin neft ixracına tavan qiymət tətbiq etmə ehtimalının yüksək olduğunu söyləyib: 

"Biz bunu tədarükümüzə tətbiq edən heç bir ölkəyə neft satmayacağıq. Bu cür siyasətlər aydınlıq və sabitliyin çox tələb olunduğu bir vaxtda yeni risklər və daha çox qeyri-müəyyənlik yaradır. Bir daha təkrar edirəm ki, bu cür siyasətlər istər-istəməz bazarın qeyri-sabitliyini və dəyişkənliyini artıracaq".


Oxunma sayı: 6161

Oxşar yazılar