Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılır - Deputat AÇIQLADI

  • 10:10 - 15 Mart

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış Saziş müzakirə olunub.

Milli Məclisin deputatı Vüqar Bayramov Avropa.info-ya bildirib ki, yeni Saziş qüvvəyə mindikdən sonra Türk dövlətləri arasında sadələşidirilmiş gömrük dəhlizinin yaradılacaq.

Onun sözlərinə görə, dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarının mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur. Saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq Pilot Layihə icra olunacaq. "Pilot Layihəyə dəhlizin praktiki reallaşdırılmasını təmin etməsinə xidmət edəcək", - deyə o bildirib.

Deputat qeyd edib ki, 2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasındakı ticarət dövriyyəsi 6.0 milyard dollardan çox olub: "Son illər tərəflər arasındakı iqtisadi və ticarət əlaqələrdə ciddi inkişaf müşahidə olunur. 1.2 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. 21-ci əsr Türk əsridir".


Oxunma sayı: 5512

Oxşar yazılar