Sumqayıtın azyaşlı futbolçuları Qusarda kubok qazandı - FOTO

  • 21:17 - 04 Mart

Qusar Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan futbol turnirinin qalibləri mükafatlandırılıb.

Avropa.info AZƏRTAC-a istinadən xəbər verir ki, turnirdə Sumqayıt, Xızı, Siyəzən, Quba və Qusarı təmsil edən, ümumilikdə, 8 komanda medallar uğrunda mübarizə aparıb.

U-12 liqası komandaları arasında keçirilən turnirin final oyununda Sumqayıt və Siyəzən təmsilçiləri qarşılaşıblar. Sumqayıtlı yeniyetmələr rəqibinə 5:2 hesabı ilə qalib gələrək çempion adını qazanıblar. Üçüncü yerin qalibi isə Qusar komandası olub.

Turnirin mükafatlandırma mərasimində Şimal Regional Futbol Federasiyasının rəhbəri Abdulla Məmmədov qalibləri təbrik edib.

Çıxışlardan sonra qalib komandalara AFFA tərəfindən medallar və diplomlar təqdim olunub. Çempion Sumqayıt komandası isə turnirin kuboku ilə mükafatlandırılıb. Turnirin ən yaxşı qapıçısı, oyunçusu və ən çox qol vuran oyunçusu da xüsusi diplomlarla təltif edilib.

 

 


Oxunma sayı: 15962

Oxşar yazılar