Messiyə ölüm TƏHDİDİ: Atəş açıb, məktub yazdılar - FOTO

  • 13:18 - 03 Mart

Argentina millisi ilə 2022-ci il dünya çempionatını başı üzərinə qaldıran Lionel Messi ölkəsində böyük təhlükə ilə üzləşib. Argentina mətbuatında əksini tapan xəbərə görə, dünya ulduzu silahlı şəxslər tərəfindən təhdid edilib. 

Avropa.info bildirir ki, "El Pais"in xəbərinə görə, Argentinanın Santa Fe əyalətinin Rosario şəhərində Messinin qayınatasının dükanı güllələnib. İki silahlı şəxs supermarketə gələrək 14 atəş açıb. Hücum edənlər Messiyə təhdid məktubu yazaraq hadisə yerini tərk ediblər. 

Hücum səhər saatlarında baş verdiyi üçün küçədə heç kim olmayıb. Supermarketin pəncərələrində güllə izləri görünüb. İki hücumçu argentinalı futbolçuya “Messi səni gözləyirik” sözləri ilə məktub qoyub. 

Digər məhəllə sakini Mabel deyib ki, bir az uzaqda yaşadığı üçün atəş səsini eşitməyib, hadisə barədə televiziyadan öyrənib: "Amma bu məni təəccübləndirmədi. Rosarioda belə hücumlar artıq adi haldır". 

Santa Fe əyalətinin təhlükəsizlik naziri Klaudio Brilloni hücumun səbəbkarları haqqında heç bir təsəvvürlərinin olmadığını bildirib. "Biz supermarketin normal işləməsini təmin edəcəyik" deyə Brilloni mediaya açıqlayıb. 

Ailəsi ilə Parisdə yaşayan Lionel Messi milli komanda ilə iki yoldaşlıq oyunu keçirmək üçün ayın sonunda ölkəyə qayıdacaq. Dünyaca məşhur ulduzun bu hadisədən sonra Rosarioya gəlib-gəlməyəcəyi bəlli deyil.

 

 

 


Oxunma sayı: 7866

Oxşar yazılar