Naxçıvanda 5,3 ballıq zəlzələ oldu - YENİLƏNİB

  • 23:57 - 28 Yanvar

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 28.01.2023-cü il tarixində saat 22:14-də Naxçıvan seysmik stansiyasından 108km cənub-qərbdə, İran İslam Respublikasının Xoy şəhərində 10km dərinlikdə 6,2 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 5-3 bala qədər hiss olunub.

FHN-dən Avropa.info-ya bildirilib ki, ilkin məlumata əsasən, zəlzələ nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

Həmçinin, bəzi kütləvi informasiya vasitələrində bu gün axşam saat 22:15 radələrində Gəncə şəhəri istiqamətində 3 bala yaxın zəlzələnin qeydə alınması barədə yayılmış məlumat həqiqətə uyğun deyil.

23:22

Bu gün saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.

Zəlzələ 5-3 bala qədər hiss olunub və 10-15 saniyə davam edib.

İlkin məlumata görə, dağıntı və tələfat yoxdur. Əlavə məlumat veriləcək.

22:27

Bu gün saat 22:15-də Naxçıvan MR-da zəlzələ qeydə alınıb.

Zəlzələ daha çox Naxçıvan şəhərində hiss edilib. Yeraltı təkanlar təxminən 7 saniyə davam edib.


Oxunma sayı: 1717

Oxşar yazılar