Güney Azərbaycanda güclü zəlzələ: çox sayda xəsarət alan var - FOTO

  • 10:17 - 29 Yanvar

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində çox sayda insan xəsarət alıb.

Avropa.info Trend-ə istinadənn bildirir ki, bunu İranın Qərbi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Əmir Abbas Cəfəri deyib.

Ə.Cəfərinin sözlərinə görə, hələlik ölüm halı qeydə alınmayıb.

Ə.Cəfəri əlavə edib ki, İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan vilayətlərinin xəstəxanaları hazır vəziyyətə gətirilib.

O qeyd edib ki, Xoy rayonunda zəlzələ nəticəsində çoxlu dağıntılar qeydə alınıb və bəzi bölgələrdə elektrikin verilişi dayandırılıb.

Onun sözlərinə görə, təxminən 2 saat öncə rayonda qar yağmağa başlayıb.

Xatırladaq ki, ötən gün İranda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xoy şəhərindən 8 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

 

 

 


Oxunma sayı: 3301

Oxşar yazılar