Çexiyada seçkilərin qalibi BƏLLİ OLDU: Keçmiş Baş Qərargah rəisi prezident seçildi

  • 20:38 - 29 Yanvar

Çexiyada keçirilən prezident seçkilərində 8 namizəddən heç biri ilk turda 50 faizdən çox səs toplaya bilməyib və seçki yarışı ikinci tura qalıb. Ölkədə iki gündür davam edən prezident seçkilərinin qeyri-rəsmi nəticələrinə əsasən, qalib müəyyənləşib. 

Avropa.info xəbər verir ki, qutuların 100 faizinin açıldığı Çexiyada keçmiş Baş Qərargah rəisi Petr Pavel 58,32 faiz səs toplayıb və ölkənin dördüncü prezidenti olub. Keçmiş baş nazir Andrej Babis 41,67 faiz səs toplayıb. 

Seçkilərdə seçici fəallığının 70,25 faiz olduğu açıqlanıb. Təxminən 8 milyon 250 min seçicinin olduğu Çexiyada seçki fəallığı 2013-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Petr Pavel isə 3 milyon 358 min 926 səslə ölkə tarixində ən çox səs toplayan dövlət başçısı olub. 

Petr Pavel seçki qutularının 100 faizi açıldıqdan sonra qələbə nitqi söyləyib. Çıxışına demokratiyaya vurğu edərək başlayan Pavel, "Mənə səs verən hər kəsə təşəkkür edirəm. Mənə səs verməyən və demokratiyaya hörmət edərək seçkiyə gələnlərə də təşəkkür edirəm. Anlayıram ki, çox insan var. dəstəklədikləri namizədlərin qalib gəlmədiyi üçün məyusdur: “Seçicilər dürüstlük, ləyaqət, hörmət və təvazökarlıq kimi dəyərləri qazandılar”, deyib. 

Səlahiyyət müddəti başa çatan Çexiyanın hazırkı prezidenti Miloş Zeman yazılı açıqlama verərək, "Cənab prezidenti təbrik edirəm. Çexiya üçün yaxşı bir prezident olmağınızı arzu edirəm" deyib. Keçmiş Baş Qərargah rəisi Petr Pavel martın 8-də prezident postunu Zemandan təhvil alacaq. 

Petra Pavel kimdir? 

1961-ci ildə Çexiyada anadan olan Petr Pavel 1975-1979-cu illərdə Opavadakı Yan Zizka Hərbi Liseyində təhsil alıb. Pavel 1979-1983-cü illərdə Vıskovdakı Quru Qoşunları Kollecində təhsilini davam etdirib. Məxməri İnqilabdan sonra xaricə təhsil almaq üçün ABŞ-a gedən Petr Pavel Milli Yer Məkan Kəşfiyyat İdarəsində təhsil aldıqdan sonra İngiltərəyə gedib. Pavel 2012-2015-ci illərdə Çexiyada Baş Qərargah rəisi, 2015-2018-ci illərdə isə NATO hərbi komandanlığının rəhbəri olub.


Oxunma sayı: 1794

Oxşar yazılar