Dünyada "Bayraktar" fırtınası davam edir: Ölkə sakinləri bütün diqqətini ekranlara yönəltdi - FOTO\VİDEO

  • 18:48 - 29 Yanvar

Ukraynalı jurnalist Nataliya Moseyçuk və komandası Ukraynanın əksər televiziya kanallarında yayımlanan sənədli film üçün 3 gün İstanbulda çəkiliş aparıblar. 

Avropa.info xəbər verir ki, sənədli film üçün "Baykar" İdarə Heyətinin sədri və texnologiya lideri Selçuk Bayraktar və "Baykar" texnologiya şirkətinin baş direktoru Haluk Bayraktar ilə xüsusi müsahibə alınıb. 

Sənədli filmdə Selçuk Bayraktar və Haluk Bayraktar "Baykar"ın hekayəsini və "Bayraktar TB2"lərin inkişaf mərhələlərini danışıblar. 

“Bayraktar - Əfsanə qanadlar” adlı sənədli film “Baykar Technologies” Youtube hesabında olduğu kimi, Ukraynadakı televiziya kanallarında da yayımlanıb. 

Digər tərəfdən Haluk Bayraktar sənədli filmi "Tvitter" hesabında paylaşıb.


Oxunma sayı: 1904

Oxşar yazılar