
Rusiya xarici işlər nazirinin müavini: "Ərdoğan göstərişlərə deyil, xalqına görə hərəkət edən liderdir" - FOTO
- 12:38 - 29 Yanvar
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başqa səviyyəli liderdir, xarici təzyiqlərə baxmayaraq, üçüncü dövlətlərin göstərişi ilə deyil, öz xalqının istəklərinə uyğun siyasət yürütməyə hazır olduğunu öz fəaliyyəti ilə nümayiş etdirir.
Avropa.info xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Oleq Sıromolotov Moskva və Ankaranın Türkiyədə qaz qovşağı yaratmaq təşəbbüsünü şərh edərkən deyib.

Ötən il “Şimal axını” qaz kəmərində baş verən partlayışları “terror hücumları” adlandıran Sıromolotov qeyd edib ki, Avropa İttifaqı ölkələri faktiki olaraq onları iqtisadi fəaliyyət üçün əsas malları sərfəli qiymətə almaq imkanından məhrum edib, onları “baha qiymətə” almağa məcbur edib.
“Avropa ölkələrinin iqtisadiyyatına, onun rəqabət qabiliyyətinə, eləcə də sadə vətəndaşların rifahına hansı zərbənin vurulduğunu təsəvvür etmək çətin deyil”, - diplomat vurğulayıb.
Eyni zamanda, Rusiya xarici işlər nazirinin müavini qeyd edib ki, Rusiya-Türkiyə çoxşaxəli əməkdaşlığının dinamik inkişafı “öz maraqlarına əsaslanan və tərəfdaşın milli prioritetləri nəzərə alınmaqla qarşılıqlı hörmətə əsaslanan dialoqa” əsaslanır.