XƏBƏRDARLIQ! Bu tarixdə qar yağacaq, şaxta olacaq

  • 17:31 - 28 Yanvar

Azərbaycanın rayonlarında yanvarın 29-da, əsasən, dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Avropa.info xəbər verir ki, bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.


Oxunma sayı: 1739

Oxşar yazılar