Latviya səfirindən Rusiyanı tərk etmək TƏLƏB EDİLDİ

  • 21:13 - 27 Yanvar

Latviyanın səfiri Maris Riekstinşa iki həftə ərzində Rusiyanı tərk etmək göstərişi verilib. 

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, yanvarın 27-də Latviyanın müvəqqəti işlər vəkili Dace Rutka Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və o, Riqanın diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına qarşı “qəti etiraz” alıb. 

“Digər Baltikyanı ölkələrlə bir növ “həmrəyliyə” istinadla bu addımın əsaslandırılmasının qəbul edilmədiyi vurğulanıb. Onların arasında “həmrəylik” ancaq başqa bir şeydə - ümumilikdə rusofobiyada və ABŞ və bizə dost olmayan bəzi digər dövlətlərin Rusiyaya qarşı düşmən addımlarının təşəbbüskarına çevrilmək istəyindədir. Eyni zamanda, Latviyaya bildirilib ki, fundamental qərar qəbul edilən kimi biz səfirlərin öz missiyalarını başa çatdırması üçün Riqanın göstərdiyi tarixi gözləməyi lazım görmürük. Latviyanın səfiri Maris Riekstinsə iki həftə ərzində Rusiya Federasiyasını tərk etmək göstərişi verilib”, - məlumatda deyilir. 

Rusiya Xarici İşlər Nazirliyi Latviya hakimiyyətinin diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq üçün “təxribatçı demarş”ının nəticələrinin olacağını vurğulayıb. 

"Mövcud vəziyyətə görə bütün məsuliyyət Latviyanın dövlət rəhbərliyinin üzərinə düşür", - Rusiya Xarici İşlər Nazirliyi bildirib.


Oxunma sayı: 1992

Oxşar yazılar