İranın gözdən pərdə asmaq SİYASƏTİ: Tehranın polis rəisi Azərbaycan səfirliyinə hücuma görə işdən çıxarıldı - Başqa vəzifəyə təyin olundu

  • 20:05 - 27 Yanvar

Tehranın polis rəisi Hüseyn Rəhim Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra tutduğu vəzifədən uzaqlaşdırılıb. 

Avropa.info bildirir ki, İranın "Tasnim" xəbər agentliyinin verdiyi məlumata görə, Tehran polis rəisi Rəhimi İran polis rəisi Əhməd Rza Radan vəzifəsindən azad edib. 

Abbas Əli Məhəmmədiyan Tehranın yeni polis rəisi təyin edilib. Rəhimi isə öz növbəsində İqtisadi Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. 

İranın İRNA agentliyi öz növbəsində xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daxili işlər naziri Əhməd Vəhidi səfirliyə hücum ətrafında vəziyyəti qiymətləndirmək üçün görüş keçirib. 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Azərbaycan Prezidenti İlham Əliyev Tehrandakı səfirliyə hücumu terror aktı adlandırıb və bütün əli olanların tez bir zamanda məsuliyyətə cəlb olunmasını tələb edib.


Oxunma sayı: 3422

Oxşar yazılar