Mehriban Əliyeva Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı paylaşım edib - FOTO

  • 14:34 - 27 Yanvar

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı paylaşım edib.

Avropa.info həmin paylaşımı təqdim edir:

"Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!"


Oxunma sayı: 1783

Oxşar yazılar