Trampa zəhərli məktub göndərən şübhəlidən ETİRAF

  • 21:33 - 27 Yanvar

ABŞ-ın keçmiş prezidenti Donald Trampın adından 2020-ci ilin sentyabrında Ağ Evə tərkibində zəhərli “risin” maddəsi olan məktub göndərən 55 yaşlı Paskaly Ferrier ona qarşı irəli sürülən ittihamları qəbul edib. 

Avropa.info xəbər verir ki, aprel ayında keçiriləcək məhkəmə iclasında Ferrierin 22 ilə yaxın həbs cəzası alacağı gözlənilir. 

FTB-nin araşdırması nəticəsində Trampı prezidentlik yarışından çəkilməyə çağıran və tərkibində risin olan məktubdan barmaq izi alan Ferrier ABŞ-ın Buffalo şəhərindən Kanadaya keçərkən saxlanılıb. 

Fransa və Kanadanın ikili vətəndaşı olan Ferrier tutulduqdan sonra Kanadanın Kvebek şəhərindəki evində gənəgərçək lobyasından risin hazırladığını etiraf edib.


Oxunma sayı: 1970

Oxşar yazılar