Kadırovun əleyinə çıxdılar - Çeçenlər Rusiyaya qarşı cəbhədə

  • 20:33 - 27 Yanvar

Çeçenistan prezidenti Ramazan Kadırovun əleyhinə çıxan çeçenlər Ukraynada Rusiyaya qarşı vuruşurlar. Ukraynanın şərqindəki Baxmutun ön sıralarında olan üzlərlə çeçen döyüşçü hərbi təcrübələri ilə gənc və təcrübəsiz ukraynalı könüllülərə dəstək olurlar. 

Ukrayna sıralarında döyüşən iki bölükdən biri olan İmam Mənsur batalyonunda xidmətə cəlb olunan bu döyüşçülər ötən ildən əvvəlcə Kiyev ətrafında, sonra isə Syeverodonetskdə əməliyyat keçirdikdən sonra Bəhmut cəbhəsinə keçiblər. 

Avropa.info "Euronews"a istinadən xəbər verir ki, batalyon ekstremistləri, cinayətkarları və “arzuolunmaz qruplarla” təmasda olanları təmizlədiklərini bildirir. 

Ukraynayönlü çeçenlər hesab edirlər ki, Ukraynada Putini məğlub etsələr, bir gün öz respublikaları üçün müstəqillik əldə edəcəklər. Lakin bu döyüşçülər həm də bu fikirdədirlər ki, Qərb dini inanclarına görə Ukraynada olduğu kimi onlara kömək etmir. 

Çeçen döyüşçülərindən biri, Vedeno ləqəbli İsa 1994-cü ildə Çeçenistan müharibəsi zamanı rus ordusuna qarşı silah götürüb. 2000-ci ildə yaralanan döyüşçü bu illər ərzində Azərbaycanda və Polşada avtomobil ustası işləyib. O, Rusiya inqilabından sonra qısa müddət ərzində müstəqil olmuş Çeçenistan dövlətinin paytaxtı olmuş, postsovet məkanında baş verən çeçen müharibələrində şiddətli toqquşmaların baş verdiyi Vedeno şəhərindən gəldiyi üçün bu ləqəblə tanınır. Vedeno Rusiyanın bombardmanı zamanı iki qardaşını, bir bacısını, anasını və atasını itirdiyini bildirib. 

Ukrayna müharibəsinin ilk günlərində dörd barmağını itirdiyinə görə “Barmaqsız” kimi tanınan çeçen döyüşçüsü dağıstanlı Dobre ilə şəhərin şərq sərhədində yerləşən Zabaxmutvada evdə sıxışıb qalan ukraynalı zabiti və onun beş nəfərini xilas etmək missiyasından yenicə qayıdıb.

Britaniyanın “The Times” qəzetinə danışan döyüşçülər Rusiyadakı ailələrinin zərər görəcəyindən qorxduqları üçün əsl adlarının gizlədilməsini istəyiblər. 

Digər çeçen döyüşçüsü Sabah 2005-ci ildə ikinci Çeçen müharibəsində ruslara qarşı vuruşub. Onun İsa ilə oxşar hekayəsi var. Onun atası, qardaşı və bacısı rus qüvvələri tərəfindən öldürülüb. "Biz böyük bir ailəyik, lakin onların 70 faizi öldü" deyən Sabah, iki qardaşı ilə birlikdə qaçmağı bacardıqlarını söyləyib. Daha sonra Avstriyada kompüter proqramçısı kimi təhsil alan və alman dilini öyrənən Sabah, partizan döyüşlərində təcrübəyə malik olduqları üçün onları xüsusi əməliyyatlarda tez-tez istifadə etdiklərini izah edib. 

Amma Sabah Qərbə qəzəblidir. “Qərb dünyası indi ancaq düşmənimizin üzünü görüb” deyən Sabah Rusiyaya işarə edərək, “Ukraynada minlərlə insanın öldürüldüyünü görürlər, amma Çeçenistanda, Gürcüstanda, Suriyada yüz minlərlə insanın öldürüldüyünü görmədilərmi? Bu, əsl terrorçunun kim olduğunu görmək üçün kifayətdir, elə deyilmi?", - deyə o bildirib. 

Çeçen döyüşçülərinin fikrincə, Ukrayna kimi onlara kömək edilsəydi, “Rusiya hazırda burada olmazdı”.


Oxunma sayı: 3103

Oxşar yazılar