Danimarkada qadınlar üçün hərbi xidmətin məcburi olması TƏKLİFİ

  • 19:27 - 27 Yanvar

Danimarkada qadınlara hərbi xidmətin məcburi olması təklif edilib. 

Avropa.info xəbər verir ki, Danimarkanın baş nazirinin müavini və müdafiə naziri Jakob Ellemann-Jensen yerli mediaya ordunun potensialını artırmaq üçün qadınlar üçün hərbi xidmətin icbari edilməsi planını açıqlayıb. 

Ellemann-Jensen qadınların silahlı qüvvələrə daxil edilməsinin ölkənin NATO tələblərini yerinə yetirməsinə kömək edəcəyini, qadınların olması isə ordu üçün “faydalı” olacağını deyib. 

Hazırda Danimarkada qadınlar könüllü olaraq orduya qatıla bilər, kişilər isə lotereya sistemi ilə çağırıldığı təqdirdə qanuni olaraq maksimum 4 ay xidmət edirlər.


Oxunma sayı: 2223

Oxşar yazılar