Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum: Ölən və yaralananlar var - YENİLƏNİB - FOTO/VİDEO

  • 10:38 - 27 Yanvar

Azərbaycanın Tehrandakı səfirliyi silahlı hücuma məruz qalıb. 

Avropa.info xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi hücumun cümə günü, yanvarın 27-də Bakı vaxtı ilə saat 08.30-da törədildiyini bildirib. 

Kalaşnikov avtomatı ilə silahlanmış hücumçu təhlükəsizlik postunu yarıb və səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov öldürüb. Diplomatik nümayəndəliyin daha iki əməkdaşı xəsarət alıb, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. 

Bu arada Tehran Polis İdarəsinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhimi bildirib ki, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb. Onun şəxsiyyəti açıqlanmayıb.


Oxunma sayı: 2828

Oxşar yazılar