İsveçdə qanunsuz balıq ovladığı üzə çıxan yüksək vəzifəli şəxs İSTEFA VERDİ

  • 15:31 - 27 Yanvar

İsveçin baş naziri Ulf Kristerssonun müşaviri Peter Maqnus Nilsson qeyri-qanuni olaraq ilan balığı ovladığının üzə çıxmasından sonra istefa verib. 

Avropa.info xəbər verir ki, Nilsson sosial media hesabından verdiyi açıqlamada Nazirlər Kabinetindəki məsləhətçi vəzifəsindən ayrıldığını açıqlayıb. 

Baş nazir Ulf Kristerssona təşəkkür edən Nilsson, "Birlikdə işləməkdən həzz aldığım gözəl bir komandamız var idi. Qısa müddətdə çox şey öyrəndim" deyib.

Ölkədə "PM Nilsson" kimi tanınan Nilsson 20 oktyabr 2022-ci ildə baş nazir Ulf Kristerssonun müşaviri təyin edilib. 

Nilsson İsveç Dəniz və Su Təsərrüfatı Agentliyinin qeyri-qanuni balıq ovu ilə bağlı təşkil etdiyi əməliyyatda yaxalanıb və hadisə yanvarın 18-də mətbuatda dərc olunub. 

Ana müxalifətdə olan Sosial Demokrat Partiyası Nilssonun istefasını tələb edib. 

İsveçdə nəsli kəsilməkdə olan ilan balığının ovlanması lisenziyalı balıqçılar istisna olmaqla, 2007-ci ildən qadağan edilib.


Oxunma sayı: 1673

Oxşar yazılar