Roma Papasından qalmaqllı AÇIQLAMA: "Homoseksuallıq suç deyil..."

  • 14:29 - 27 Yanvar

Roma Papası Fransisk homoseksuallığı cinayət hesab edən qanunları "ədalətsiz" kimi tənqid edərək, Tanrının bütün uşaqlarını olduğu kimi sevdiyini deyib. Papa Fransisk də bu cür ayrı-seçkilik qanunlarını dəstəkləyən katolik yepiskoplarını LGBTQ+ insanları kilsəyə qəbul etməyə çağırıb. 

Avropa.info xəbər verir ki, dünyanın bəzi yerlərindəki katolik yepiskoplarının homoseksuallığı cinayət hesab edən və ya LGBTQ+ insanlara qarşı ayrı-seçkilik yaradan qanunları dəstəklədiyini etiraf edən Papa buna baxmayaraq, homoseksuallığı “günah” hesab edib. 

Bununla belə, o, bu cür münasibətləri mədəni fonla əlaqələndirib və xüsusilə yepiskopların hamının ləyaqətini tanımaq üçün dəyişiklik prosesindən keçməli olduğunu söyləyib. 

"Bu yepiskoplar anlayışın dəyişməsi prosesinə malik olmalıdırlar. Tanrı hər birimizə mərhəmət bəslədiyi kimi, onlar hamıya mərhəmət göstərməlidirlər", - Papa bildirib. 

LGBTQ+ hüquq müdafiəçiləri tərəfindən bir mərhələ kimi qiymətləndirilən Fransiskin şərhləri bu cür dini qaydalar haqqında Papa tərəfindən edilən ilk şərhdir. 

Digər tərəfdən, "The Human Dignity Trust"a görə, dünya üzrə təxminən 67 ölkə və ya yurisdiksiya eyni cinsdən olan razılıq əsasında cinsi əlaqəni cinayət hesab edir, onlardan 11-i ölüm cəzası verə bilər. Mütəxəssislər, hətta bu qanunların tətbiq edilmədiyi yerlərdə belə LGBTQ+ insanlara qarşı təqib, stiqma və zorakılığa diqqət çəkirlər. 

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatı (BMT) dəfələrlə homoseksuallığı birbaşa cinayət hesab edən qanunların ləğvinə çağırıb. Bu cür qanunların “ədalətsiz” olduğunu deyən Papa Katolik Kilsəsinin onlara son qoymaq üçün çalışa biləcəyini və çalışmalı olduğunu bildirib. 

Papa həmçinin katolik katexizmindən sitat gətirərək bildirib ki, homoseksuallara hörmət edilməli, kənarlaşdırılmamalı və onlara qarşı ayrı-seçkilik edilməməlidir. 

"Biz hamımız Tanrının övladlarıyıq və Tanrı bizi kim olduğumuza və hər birimizin ləyaqətimiz uğrunda mübarizə apardığımız gücə görə sevir", - deyə o bildirib. 

Digər tərəfdən Papa homoseksuallıqla bağlı cinayət və günah anlayışları arasında fərq qoyulması lazım olduğunu bildirib. Papanın sözlərinə görə, kilsə təlimi homoseksual hərəkətlərin günah olduğunu və ya "təbii olaraq nizamsız" olduğunu, lakin homoseksual insanlara ləyaqət və hörmətlə yanaşılmalı olduğunu müdafiə edir. 

Papa "Homoseksuallıq suç deyil. Bəli, amma günahdır. Günahla suçu bir-birindən ayıraq. Bir-birimizə sədəqə verməmək də günahdır" deyib. 

Nəhayət, Papa uzun müddətdir ki, gey katolikləri qəzəbləndirən kilsənin təlimini dəyişməyib. Lakin o, LGBTQ+ insanlarla əlaqə saxlamağı öz papalığının əlamətdar xüsusiyyətinə çevirib.


Oxunma sayı: 1827

Oxşar yazılar